Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan qırıcıları İstanbul səmasında...

Baxılıb: 359     Tarix: 20-09-2021 13:45   

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul üzərində nümunəvi uçuşlar həyata keçiriblər.
Qanunvehedef.az xəbər verir ki, uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-nə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri olmaqla ümumilikdə 15 təyyarə iştirak edib.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula yola düşüb. Sentyabrın 21-də başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır. Festival sentyabrın 26-dək davam edəcək.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar