Milli Məclisdə Fransaya etirazlar - “Makron özü kimiləri ətrafına yığıb”
Baxılıb: 375 Tarix: 23-11-2021 13:20
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova büdcə müzakirələrinin keçiriləcəyi iclasda öncə deputatlara cari məsələlərlə bağlı çıxış etmək imkanı yaratdı.
Deputat Soltan Məmmədov çıxışında Fransanın ermənipərəst siyasətinə diqqət çəkdi və Qarabağdakı separatçıların bir qrupunun Parisdə qəbul olunmasına etirazını bildirib:
“Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanat müharibəyə son qoymaqla regionda sülh, və əməkdaşlıq üçün yeni imkanlar açdı. Dağlıq Qarabağ münaqişəsi başa çatıb və bölgədə yeni mərhələnin başlanması üçün tarixi fürsət yaranıb. Təəssüf ki, bəzi dövlətlər heç bir sağlam məntiqə sığmayan addımları ilə bu tarixi fürsətə mane olmağa çalışır. Rusiya slühməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndələrinin Fransa senatında respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri və Ron-Alp regionunun Qrenoblrayonunun rəsmiləri səviyyəsində qəbul edilməsi, Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməməyin və kili standartarıntəzahürüdür. Yerli hökumət nümayəndələrinin xarici siyasət sahəsində atdıqları addımlar Fransa qanunvericiliyinə ziddir. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Vətən müharibəsi dövründə, müharibədən sonra və bu gün nümayiş etdirdiyi mövqe Azərbaycan cəmiyyətində və hökumətində haqlı suallara səbəb olub. Biz bu suallara indi də cavab ala bilməmişik. Fransa parlamentinin hər iki palatası qərəzli və beynəlxalq hüquqa zidd qətnamələr qəbul edib. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Fransanın müxtəlif şəhər və bölgələriişğalda olan ərazilərlə 28 qeyri-qanuni “sənədlər” imzalayıb. Səfirliyimizin fəaliyyəti nəticəsində bunlardan 11-i məhkəmə qərarları ilə ləğv edilib, 2-si barədə isə məhkəmədə iddia qaldırılıb”.
S.Məmmədov deyib ki, Azərbaycan 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü bərpa edib: “İndiki mərhələdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına xidmət edə bilər. Hesab edirəm ki, Fransanın bəzi dövlət qurumları bucür qərəzli addımlar atmaqdansa Fransa səfirinin işğaldan azad olunmuş Ağdama dünənki səfəri zamanı gördükləri dağıntılarla əlaqədar təəssüratlarını öyrənsəydilər daha düzgün olardı”.
Deputat digər məqama diqqət çəkib: “Bu günlərdə Fransada Azərbaycana dost fransız deputatlarla birlikdə Azərbaycanın Zəfər gününə həsr olunmuş tədbirlərdə iştirak zamanı noyabr ayının 23-də Fransa Senatında senatın prezidentinin himayəsi və Ermənistan parlament nümayəndə heyətinin iştirakı ilə “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qərəzli qətnamənin qəbul edilməsinin ildönümünə həsr olunmuş tədbirin keçirilməsi məlumatını əldə etdik. Bu, bir daha Fransanın münasibətinin nə qədər qərəzli olduğunu və Minsk Qrupunun həmsədri kimi öz öhdəliklərini yerinə yetirə bilmədiyini göstərir”. (musavat.com)
Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev də Fransanı sərt şəkildə tənqid edib.
Oxu.Az-ın məlumatına əsasən, Q.Həsənquliyev Azərbaycan ərazilərində müvəqqəti məskunlaşdırılmış Rusiya sülhməramlılarının nəzarətində yaşayan bir qrup erməninin Parisə səfər etdiyini xatırladıb.
Onun sözlərinə görə, Fransanın davranışı ləyaqətə sığmır.
“Fransa həmişə türk dövlətlərinə qarşı riyakarlığı ilə seçilib. Fransa kimi ölkə bu cür ləyaqətsizliyi özünə necə sığdıra bilir?! Fransa bu hərəkəti ilə bölgəyə gəlişini əngəlləyir”, - deyə Q.Həsənquliyev əlavə edib.
Deputat bildirib ki, Fransa Prezidenti Emmanuel Makron özü kimiləri ətrafına yığıb.
“Hesab edirəm ki, Azərbaycan bütün sahələrdə Fransa ilə əlaqələrinə yenidən baxmalıdır”, - deyə Q.Həsənquliyev bildirib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər