Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan nefti ucuzlaşdı

Baxılıb: 9621     Tarix: 28-07-2026 10:34   

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7.15 dollar və ya 6,96% azalaraq 95.58 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102.73 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Məlumat üçün bildirək ki, “Azeri Light”ın qiyməti ABŞ-İran münasibətlərinin kəskinləşməsi fonunda uzun müddət sonra 100 dolları ötmüş və xeyli vaxt bu həddən aşağı enməmişdi. Lakin iki ölkə arasındakı razılaşmalarla bağlı müzakirələrdən sonra dünya bazarında neft qiymətlərində kəskin enişlər müşahidə edilirdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar