Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Baxılıb: 8920     Tarix: 27-07-2026 10:27   

Kolumbiyanın yeni seçilən Prezidenti Abelardo de la Espriella ölkəsinin 14 ölkədəki səfirliyinin bağlanacağını açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, o bu barədə məlumatı “X” hesabında paylaşdığı videomüraciətdə açıqlayıb.

Sözügedən ölkələr arasında Azərbaycan da var.

Onun sözlərinə görə, avqustun 7-də işə başlayacaq yeni prezident administrasiyası diplomatik şəbəkənin yenidən qurulmasının bir hissəsi olaraq Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı səfirliklərin fəaliyyətini dayandıracaq.

Yeni prezident həmçinin Kolumbiyanın Kuba və Nikaraqua ilə diplomatik əlaqələri kəsəcəyini vəd edib.

Qeyd edək ki, 47 yaşlı Abelardo de la Espriella iyunda keçirilən seçkilərin ikinci turunda qalib gələrək Kolumbiya prezidenti seçilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar