Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

METROYA GİRİŞ MƏHDUDLAŞDIRILA BİLƏR - VİDEO

Baxılıb: 972     Tarix: 23-09-2022 13:53   

Son günlər yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənir.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzərxəbər"ə açıqlama verib.
Bəxtiyar Məmmədov  metroda sıxlığın daha çox artdığını təsdiq edib. Onun sözlərinə görə, buna səbəb ümumilikdə şəhərdəki sıxlığın artmasıdır.
Bəxtiyar Məmmədovun sözlərinə görə, sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.
Metropoliten sözçüsü deyir ki, əgər son günlərdəki sıxlıq bir az da davam edərsə, platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı iki dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar