Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xüsusi təyinatlıların Türkiyədəki təlimindən - Video

Baxılıb: 584     Tarix: 06-10-2022 10:38   

2022-ci ilin planına əsasən Türkiyənin Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Təlim iştirakçıları plana əsasən gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusqu və basqın, eləcə də dənizdə xüsusi qapalı sualtı tənəffüs aparatlarından istifadə etməklə uzun məsafələrə sualtı üzmə tapşırıqları yerinə yetirəcəklər. Təlim oktyabrın 14-dək davam edəcək.



 

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar