Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

QHT-lər gələn aydan azad edilən ərazilərdə səyyar xidmət göstərəcək

Baxılıb: 634     Tarix: 05-06-2024 12:40   

Qeyri-Hökumət Təşkilatları (QHT) gələn aydan azad edilən ərazilərdə səyyar xidmət göstərəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, agentlik azad edilən ərazilərdə məskunlaşan əhali üçün QHT-lərin səyyar xidmətləri layihəsinə başlayır.
Layihə məskunlaşma aparılan ərazilərdə yerli ehtiyaclara uyğun olaraq, hədəf qruplarına QHT-lər tərəfindən səyyar ödənişsiz xidmətlərin təşkilini nəzərdə tutur. QHT nümayəndələrinin nəqliyyat, gecələmə və qidalanma xərcləri qarşılanacaq, QHT-lər isə fəaliyyət göstərdikləri profil üzrə yerli əhaliyə ödənişsiz səyyar xidmət göstərəcək.
Bura səyyar tibbi xidmət (müayinə və s.), fiziki məhdudiyyətli uşaqlar üçün təlimlər, məktəblilər üçün intellektual oyunlar, peşə seçimi təlimləri, asudə vaxtın səmərəli təşkili, şəhid ailələrinin üzvləri üçün psixoloji xidmət, məşğulluğun və peşə hazırlığının artırılması təlimləri, ustad dərsləri, ekoloji maarifləndirmə, mina və partlamamış hərbi sursatlardan, vəhşi heyvanlardan qorunma kimi mövzularda sayıqlılığın artırılması təlimləri kimi səyyar xidmətlər daxildir.
Müraciətlər bu ilin 5-15 iyunda bu linkə keçid edərək sənədi doldurmaqla qəbul olunur. Agentlik təklifləri təhlil edəcək, ən üstün, optimal olanları, indiki şəraitdə ehtiyac duyulanları qəbul edəcək.
Azad edilmiş ərazilərdə QHT-lərin səyyar xidmətlərinin iyul ayında reallaşdırılması planlaşdırılır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar