Xəbər lenti
28/12/2024 [11:09]
Yaponiyada zəlzələ oldu
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Üç rəngli bayrağınla məsud yaşa!...

Baxılıb: 877     Tarix: 08-11-2019 11:24   

Son 10 il ərzində, Bakı və digər regionlarda bayraq meydanları yaradılıb
Sabah Azərbaycan xalqı 9 noyabr – Dövlət Bayraq Gününü qeyd edəcək.
İlk dəfə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən dövlət bayrağımız haqqında qərar qəbul edilsə də, müstəqilliyimizin süqutu ilə birgə ortadan qalxmışdı. Mühacirət dövründə Məhəmməd Əmin Rəsulzadənin hazırladığı AXC bayrağı siyasi elita tərəfindən ölkə xaricində istifadə edilirdi. Hazırda bu bayraq, Azərbaycan Tarix Müzeyində saxlanılır. Sovet dövründə milli bayrağımızla bağlı heç bir müzakirənin aparılmadığına baxmayaraq, bəzi vətəndaşlar bayrağı qoruyub saxlamağa nail olmuşdu. 1956-ci ildə Cahid Hilaloğlu Sovet hakimiyyətinə etiraz əlaməti olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə dalğalanan bayrağı Qız Qalası üzərində qaldırmış və buna görə 4 il azadlıqdan məhrum edilmişdi. Milli azadlıq hərəkatının başlanması ilə Azərbaycan bayrağı yenidən siyasi-ictimai çevrələrdə dalğalanmağa başlamışdı.
Azərbaycan xalqı müstəqilliyini itirsə də, uzun müddət ərzində milli atributunu qoruyub-saxlamağa nail olub.
1991-ci ildə müstəqilliyin bərpasından sonra, üç rəngli bayraq yenidən dövlət bayrağı statusu aldı. Lakin ilk dəfə rəsmi olaraq 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (NMR) sədri, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üç rəngli bayrağımız dalğalandırılıb və NMR-ın dövlət bayrağı olaraq təsdiq edilib. Bu hadisə Azərbaycanın müasir dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb.
Bayrağın, dövlətçilik rəmzi olaraq biz, azərbaycanlılar üçün müstəsna əhəmiyyət kəsb etdiyini qanunvericilik normalarında da görmək olar. Bayrağa hörmətsizlik cinayət sayılır. Cinayət Məcəlləsinin müvafiq maddəsində, Dövlət Bayrağı və Dövlət Gerbinin təhqir edilməsi yolverilməz hesab olunur və bu əmələ yol verən kəslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə belə cəlb olunurlar.
Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti bayrağının yenidən ölkə hüdudlarında dalğalanması, dövlətçiliyimizin bərpası yolunda atılan ən önəmli addım idi.
Zaman keçdikcə ölkəmizdə milli dövlətçilik ənənələrinin daha da gücləndiyi şübhəsizdir. 2009-cu ildə ölkə prezidentinin müvafiq sərəncamı ilə Dövlət Bayrağı gününün (9 noyabr) təsis edilməsi, tarixi yaddaşın qorunması və gələcək nəsillərin dövlət rəmzlərinə bağlı qalması baxımından mühüm əhəmiyyət kəsb edir. Müvafiq sərəncama əsasən, bayraq gününün qeyri-iş günü olan bayramlar siyahısına əlavə edilməsi və bayrağa qarşı hər hansı hörmətsizliyin cinayət məsuliyyəti daşıması, Azərbaycan dövlətinin milli bayrağımıza verdiyi dəyəri göstərir.
Bayraq - milli dövlətçilik tarixinin, birlik ruhunun qorunub saxlanması üçün dəyəri ölçülə bilinməyən atributdur.
Ölkə prezidentinin birbaşa göstərişinə əsasən, son 10 il ərzində, Bakı və digər regionlarda bayraq meydanları yaradılıb. 2010-cu ildə Bakıda Bayraq Meydanının açılışı keçirilmişdi. Atılan addımlarla vətəndaşların Azərbaycan bayrağına sevgisi və onun danılmaz dövlətçilik atributu olması anlamı getdikcə artdı. 2016-cı şanlı Aprel zəfərindən sonra geri qaytarılan torpaqlarda dalğalanan döyüş bayraqlarının, Bakıda keçirilən hərbi paradlarda nümayiş etdirilməsi və ölkə prezidentinin bununla bağlı təsirli çıxışı, Azərbaycan dövlətinin üç rəngli bayrağımıza verdiyi yüksək dəyəri ifadə edir. Təsadüfi deyil ki Aprel savaşında bütün azərbaycan xalqını birləşdirən, vizual vəhdət yaradan məhz, dörd yanı bürüyən bayraq olmuşdu.
Dövlət başçısı İlham Əliyevin Dövlət Bayrağı ilə bağlı dedikləri hər bir vətəndaş üçün nümunə olmalıdır: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir", "Azərbaycan bayrağı bizim milli dəyərimizdir", "Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək".
Azərbaycan bayrağının mavi rəngi türk kimliyini, qırmızı müasir cəmiyyəti, yaşıl isə islamçılığı tərənnüm etməkdədir. Lakin bayraqda əks olunan aypara və səkkizguşəli ulduzla bağlı yekdil rəy yoxdur. Fətəli xan Xoyski, guşələrin sayının əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirsə də, bəzi mənbələr təsvir edilən 8 guşəli ulduzun 8 oğuz tayfasının birləşməsi ilə bağlı olduğunu qeyd edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar