Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda yeni reyestr yaradılacaq

Baxılıb: 879     Tarix: 15-11-2019 12:58   

Azərbaycanda Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq.
APA-nın məlumatına görə, bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.
Belə ki, qanuna yeni 11-3-cü maddə ( Məhkəmə Ekspertlərinin Reyestri) əlavə edilir.
Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək.
Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək.
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik Milli Məclisin noyabrın 19-da keçiriləcək plenar iclasında I oxunuşda müzakirə ediləcək.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar