Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Respublikanın fasiləsiz enerji təchizatı üzrə işlər yekunlaşır

Baxılıb: 738     Tarix: 27-11-2019 14:10   

Bu ilin sonuna qədər daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayev əlavə edib ki, “Azərişığ"ın respublikanın fasiləsiz enerji təchizatının təmin olunması istiqamətində gördüyü işlər yekunlaşır: “Cari ilin 10 ayı ərzində 32 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq istehlakçının elektrik enerjisi təchizatının 24 saat dayanıqlığı və keyfiyyəti tam təmin olunub. İlin sonuna qədər isə daha 8 kənddə elektrik şəbəkəsinin yenidən qurulması yekunlaşacaq”.
T.Mustafayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, 24 illik fasilədən sonra Astara rayonunun Sekaşan kəndi yenidən elektrik enerjisi ilə təmin olunub: “Sərəncama əsasən, Astara rayonunun Diqo, Doli və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə Azərişıq ASC bir sıra işlər görüb. Astara rayonunun dağlıq ərazisində yerləşən daha iki ucqar yaşayış məntəqəsinə - Doli və Diqo kəndlərinə də elektrik enerjisinin verilməsi təmin olunub”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar