Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Əli Əsədov və Kəmaləddin Heydərov sürüşmə zonasında - Fotolar

Baxılıb: 875     Tarix: 30-11-2019 17:26   

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli noyabrın 25-də Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Bibiheybət” məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar hadisə yerində olublar.
Bu barədə FHN-dən məlumat verilib.
Əraziyə baxış keçirildikdən sonra mütəxəssislərin də iştirak ilə operativ müşavirə keçirilib, sürüşmənin mümkün səbəbləri, mövcud vəziyyət müzakirə edilib və məsələ ilə bağlı hərtərəfli araşdırmanın aparılması, sürüşmənin nəticələrinin qısa müddətdə aradan qaldırılması və digər zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar