Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda yeni medal təsis edilib

Baxılıb: 786     Tarix: 03-12-2019 13:05   
Azərbaycanda yeni medal təsis edilib.
Qanunvehedef.az-ın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təsis ediləcək.
Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə, diasporun Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunacaqlar.
"Diaspor fəaliyyətində xidmətə görə" medalı döşün sol tərəfindən, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar