Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Baş nazirdən viza ilə bağlı QƏRAR

Baxılıb: 905     Tarix: 25-12-2019 15:25   

"Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin Siyahısı"nı təsdiqlənib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Siyahıda nəzərdə tutulan ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği müəyyənləşib.
Bildirilib ki, bu rüsumun məbləği "Dövlət rüsumu haqqında" qanunla ilə eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqlidir.
Buna görə də qərara alınıb ki, "Dövlət rüsumu haqqında qanunun 17.6-1-ci maddəsinə uyğun olaraq dövlət rüsumunun dərəcəsi həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən edilsin.
Qeyd edək ki, siyahıya ABŞ və Koreya Respublikası (Cənubi Koreya) daxildir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar