Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

AMEA-nın Ümumi yığıncağı başlayır - 2 nəfər birinci vitse-prezident seçiləcək (Yenilənir)

Baxılıb: 759     Tarix: 28-12-2019 12:40   

AMEA-nın Ümumi yığıncağı başlayıb.
“Report” xəbər verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş Nazirin müavini Şahin Mustafayev, Təhsil naziri Ceyhun Bayramov, Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edirlər.
Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.
Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.
Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.
***
Bu gün AMEA-nın Ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, iclasda Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edəcəklər.
Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.
Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.
Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar