Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Ramiz Mehdiyev sərəncam imzalayıb.

Baxılıb: 964     Tarix: 27-04-2020 13:57   

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında" sərəncam imzalayıb.
Qanunvehedef.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarına əsasən əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti aprelin 28-dən mayın 4-ü saat 00:00-dək təxirə salınır.
Bundan əlavə, AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi mayın 4-ü saat 00:00-dək uzadılıb, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən daha əvvəl müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər həmin müddət ərzində qüvvədə saxlanılıb.



{sape_links}{sape_article}