Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bölgələrə leysan düşdü – Faktiki hava

Baxılıb: 838     Tarix: 10-05-2020 12:38   

Ölkə ərazisində olan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumatına əsasən, mayın 10-u gündüzədək ölkə ərazisində hava qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Balakəndə 32, Zaqatalada 22, Ağstafada 21 (aylıq normanın 39 faizi), Oğuzda 20, Sarıbaşda (Qax) 17, Tovuzda 16 (aylıq normanın 30 faizi), Mingəçevirdə 14 (aylıq normanın 31 faizi), Şəkidə 13, Göygöldə 12, Qubada 11, Tərtər, Qəbələ, Naftalan, Kişçay (Şəki), Ceyrançöldə 10, Qusar, Daşkəsəndə 8, Xaltan, Gəncə, Sədərək, Şərurda 7, Şabran, Bərdə, Yardımlı, Gədəbəydə 6, Lerik, Göyçay, Altıağac, Xaçmaz, Qrız, Şəmkir, Ağdərədə (Ordubad) 5, Beyləqan, Ağdamda 4, Lənkəran, Astara, İsmayıllı, Şamaxı, Naxçıvan, Zərdab, Nabran, Şahbuzda 3, Cəfərxan, Ordubadda 2, Şahdağ, Kürdəmir, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Mərəzədə 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 4, Bakı, Zabratda 2, Maştağa, Binədə 1 mm olub.
Şimal-qərb küləyinin sürəti Naftalanda arabir 26 m/s, Tərtərdə 23 m/s, Tovuz, Ağstafa, Neftçala, Gəncədə 20 m/s, Şəmkirdə 18 m/s, Abşeron Dəniz rayonunda arabir 15-19 m/s-dək güclənib.



{sape_links}{sape_article}