Ölkəmizdə harada nə qədər yoluxma var? - Tam siyahı
Baxılıb: 785 Tarix: 31-08-2020 11:11
Azərbaycanda koronavirusa yoluxanların 56,2 faizi Bakı şəhərinin payına düşür.
Qanunvehedef.az xəbər verir ki, ölkə üzrə ikinci ən çox yoluxma Abşeron rayonundadır. Bu zonada yoluxma 15,8 faizə çatıb. Aran zonası yoluxmaya görə 10,2 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 6,2 faiz yoluxma ilə 4-cü yerdədir.
Həmçinin yoluxma Lənkəranda 4,3 faiz, Şəki-Zaqatalada 1,7 faiz, Quba-Xaçmazda 1,9 faiz, Yuxarı Qarabağ bölgəsində 1,0 faiz, Dağlıq Şirvan ərazilərində isə 1,6 faiz təşkil edir.
Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,004 faiz qeydə alınıb.
Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Xətai və Yasamal rayonlarında olub. Paytaxt üzrə yoluxanların 14,3 faizi Binəqədi, 11,8 faizi Yasamal, 12,2 faizi isə Xətai rayonunun payına düşür. Yoluxma hallarının 11,8 faizi Sabunçu, 9,1 faizi Nəsimi, 8,5 faizi Nərimanov, 8,0 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 7,1 faizi Nizami, 7, 4 faizi Qaradağ, 5,0 faizi Xəzər, 4,6 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.
Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.
Xatırladaq ki, iyulun 6-na qədər Azərbaycanda 20837 nəfər koronavirusa yoluxub. Onlardan 12182 nəfər sağalıb, 258 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 8397 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 522 min 773 nəfər üzərində koronavirus testi keçirilib.
Ən çox oxunanlar
Son xəbərlər