Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kürdə batan şəxslərin axtarışları davam etdirilir - Video

Baxılıb: 807     Tarix: 03-02-2021 12:15   
Fövqəladə Hallar Nazirliyi (FHN) Kür çayında batdığı ehtimal olunan 2 nəfərin axtarışı ilə bağlı məlumat yayıb.
FHN-dən Qanunvehedef.az-a bildirilib ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıqla balıq ovuna çıxmış iki nəfər vətəndaşın itkin düşməsi barədə məlumat daxil olub.
1980-ci il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına dair əsaslı şübhələrin olduğu üçün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları ərazidə axtarışlara cəlb olunub.
Dalğıc axtarış qruplarının həyata keçirdiyi ilkin axtarış tədbirləri zamanı çay kənarında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.
Hazırda Kür çayı hövzəsində axtarış zonası genişləndirilib, Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazilərdə axtarışlar intensiv şəkildə davam etdirilir.
Əlavə məlumat veriləcək.
шаблоны для dle 11.2