Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

18 min hektar torpaq meriyaya qaytarılacaq

Baxılıb: 692     Tarix: 10-03-2021 10:32   

Abşeron rayon İcra Hakimiyyətinin istifadəsindən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması nəzərdə tutulan ərazilərin müəyyənləşdirilməsi işlərinə başlanılıb.
Qanunvehedef.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, həmin ərazilərin sərhədləri yerquruluşu qaydasında müəyyən edilərək, onlara dair hüquqların mövcudluğunun real vəziyyətlə müqayisə edilməsi nəzərdə tutulub. Bununla əlaqədar qeyd olunan ərazilər haqqında ilkin mərhələdə elektron formada məlumatlar əldə edilib. Aparılmış monitorinqlər nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olan və Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsi müəyyən edilib və Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması təklif olunub.
Hesabatda bildirilir ki, məsələnin həlli ilə əlaqədar torpaq sahələrinə dair təqdim edilmiş məlumatların araşdırılması, inventarlaşma işlərinin həyata keçirilməsi və torpaqların səmərəli istifadəsi ilə bağlı yekun rəyin hazırlanması məqsədilə adiyyatı qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılmasının məqsədəuyğunluğu barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara müraciət edilib.шаблоны для dle 11.2