Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

FHN azad edilmiş ərazilərlə bağlı əhaliyə müraciət etdi

Baxılıb: 582     Tarix: 02-06-2021 13:14   

Havaların isinməsi ilə əlaqədar yanğınların baş vermə və sürətlə yayılma təhlükəsini, habelə işğaldan azad olunmuş ərazilərimizdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı xırda ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər. Həmin ərazilərdə düşmən tərəfindən çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini xüsusilə çətinləşdirir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) havaların isinməsi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə müraciətində bildirib.
Yuxarıda qeyd olunanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə baş verə biləcək yanğınların söndürülməsi zamanı mina təhlükəsi ilə əlaqədar yanğınsöndürənlərin həyati risk daşıdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi həmin ərazilərə xüsusi icazə ilə səfər edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır.
Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!
Təhlükə zamanı “112”-yə zəng edin!"шаблоны для dle 11.2