Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda hündürmərtəbəli binada DƏHŞƏTLİ YANĞIN: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Baxılıb: 766     Tarix: 25-06-2021 10:03   

Bakının Yasamal rayonunda yerləşən hündürmərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alanlar olub.
APA-nın məlumatına görə, yanğın zamanı 4 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır.
Çıx qısa zamanda əraziyə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının baş verdiyi 18 mərtəbəli binanın yuxarı mərtəbələrindən 22 nəfəri təxliyə edib. Ərazidə xilasetmə işləri başa çatıb.
Qeyd edək ki, yanğın artıq söndürülüb.
***
Saat 23:40
Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 29 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumata görə, yanğın binanın 10-cu mərtəbəsindəki mənzildə qeydə alınıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Əlavə məlumat veriləcək.




Qanunvehedef.azшаблоны для dle 11.2