Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Şənbə gününün hava proqnozu AÇIQLANDI

Baxılıb: 738     Tarix: 02-07-2021 14:24   

Azərbaycanda iyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyulun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 32-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
İyulun 3-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə iyulun 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar