Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Mingəçevir şəhərində qəza, 6 nəfər yaralandı

Baxılıb: 6110     Tarix: 24-03-2026 09:47   

Mingəçevirdə 2 minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Qəza zamanı yaralananlar - Zəhra Cəlil qızı Cəfərova (1967), Nurlan Çingiz oğlu Fərəcov (1992), Razi Tahir oğlu Qocayev (1985), Ruhan İkram oğlu Cəfərov (1988), Təranə Vəkil qızı Mustafayeva (1966) və Rəvanə Həmid qızı Cəfərova (1989).

Həkimlərin müdaxiləsindən sonra yaralılardan 5 nəfər ambulator müalicəyə buraxılıb. Rəvanə Cəfərovanın vəziyyəti daha ağır olduğundan o, xəstəxananın müvafiq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar