Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qarabağ”la oyunda ehtiyatlı olmalıyıq" - "Düdelanj"ın futbolçusu

Baxılıb: 594     Tarix: 03-10-2019 11:38   

“Qarabağ”la oyun tam başqa olacaq. Komandamız üçün son turdakı 7 qol vacib idi. Həmin qələbənin “Qarabağ”la görüşlə bağlılığı yoxdur. Sadəcə bu nəticə komandada yüksək əhval-ruhiyyə yaradıb. Son matçlarda göstərdiyimiz məhsuldarlıq bizə arxayınlaşmağa əsas vermir. Onlar keçmişdə qaldı. İndi digər qarşılaşmaları düşünməliyik. Matçlara tam köklənmək, məşqdə səylə çalışmaq lazımdır”.
Qol.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Düdelanj"ın futbolçusu Mikael Qaros Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi deyib.
O, Ağdam klubu haqda məlumatının az olduğunu bildirib: “Qarabağ”la oyunda ehtiyatlı olmalı, arxayınlaşmamalıyıq. Bu, Avropa Liqasının qrup mərhələsidir. “Qarabağ” da çox güclü rəqibdir, amma bizim itiriləsi heç nəyimiz yoxdur. Rəqiblərə yuxarıdan aşağı da baxmırıq. Balanslaşmış komandamız da var”.
Qaros onlar üçün ölkə çempionatının daha önəmli turnir olduğunu vurğulayıb: "Təbii ki, Avropa Liqası da çox yaxşıdır. Amma unutmayaq ki, qrup mərhələsində olmağımız çempionatdakı uğur sayəsində mümkün olub. Əgər mövsümün sonunda ilk üç və ya dörd yerdən birini tutmasaq, Avropa Liqasında yaşadığımız bu hissləri gələn il görməyəcəyik. Hər qələbə sevinc bəxş edir. Bilmək olmaz, bəlkə “Qarabağ”la görüşdə də yenə bu sevinci yaşayacağıq”.
 шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking