Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Maradonanın istefası qəbul olunmadı

Baxılıb: 737     Tarix: 22-11-2019 12:20   

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Argentinanın "Ximnasiya" klubundakı işini davam etdirəcək.

Qol.az Argentina mətbuatına istinadən xəbər verir ki, baş məşqçinin istefası qəbul edilməyib.
Maradona klub prezidenti Qabriel Pelleqrinonun vəsifəsindən getmək istədiyi üçün istefa verdiyini bildirmişdi. Klub rəhbəri isə Maradonanın bu addımına görə  "Ximnasiya"dan ayrılmamaq qərarına gəlib.

Qeyd edək ki, Maradona  sentyabrdan çalışdırdığı "Ximnasiya"nı 8 matça çıxarıb və bu qarşılaşmaların 5-dən məğlub  ayrılıb. Komanda hazırda ölkə çempionatında 13 turdan sonra 10 xalla 22-ci pillədə qərarlaşıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar