Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Şenol Güneş azərbaycanlılara müraciət etdi

Baxılıb: 560     Tarix: 06-12-2019 14:30   

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş azərbaycanlı azarkeşlərə müraciət edib.
Qanunvehedef.az-ın məlumatına görə, AFFA-nın rəsmi Feysbuk səhifəsində 67 yaşlı mütəxəssisin müraciəti paylaşılıb.
Təcrübəli məşqçi 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün bütün azarkeşləri Bakı Olimpiya Stadionunda gözlədiklərini vurğulayıb:
"Türkiyədəki futbolsevərlərlə, eyni zamanda Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik. Gözəl matçlar bizi gözləyir. Hər kəs biletini alsın və bizimlə bərabər olsun".
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
Avro-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar