Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

1-ci və 100-cü qolu "Zirə"dən buraxan komanda

Baxılıb: 577     Tarix: 09-12-2019 13:42   

Azərbaycan Premyer Liqasının XIV turunda “Zirə”yə 1:4 hesabı ilə uduzan “Səbail” öz qapısından 100-cü topu buraxıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, ölkə çempionatının yüksək dəstəsində 2017/18 mövsümündə debüt edən paytaxt klubu burada keçirdiyi 70-ci qarşılaşmada “100-ə” çatıb. “Dənizçilər”i məyus edən yubiley qolunun müəllifi “Zirə”nin futbolçusu Tellur Mütəllimov olub. “Səbail” bu 100 qoldan 44-nü evdə, 56-nı səfərdə buraxıb. “Səbail” Premyer Liqada 100 və daha çox qol buraxan 37-ci komanda olub.
Qeyd edək ki, “Səbail”in qapısına ilk qolu da “Zirə” vurub. 2017-ci il avqustun 13-də Milan Duriç ev oyununda qonaqları məyus edib. Qəsəbə təmsilçisi ev görüşündə 2:1 hesabı ilə qalib gəlib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}