Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanlı futbolçu ayın ən yaxşısı seçildi

Baxılıb: 698     Tarix: 13-12-2019 14:36   

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın “Ufa” klubunda noyabr və dekabrın ən yaxşı oyunçusu məlum olub.
Qol.az klubun saytına istinadən xəbər verir ki, bu ada məhz həmyerlimiz layiq görülüb.

Premyer Liqa təmsilçisinin azarkeşləri arasında keçirilən sorğuda 42,1 faiz səs toplayan Əliyev həm noyabr, həm də dekabrın ən yaxşı futbolçusu seçilib. 25 yaşlı yarımmüdafiəçi bu müddətdə 4 oyuna çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Ufa” Premyer Liqada 19 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar