Xəbər lenti
06/06/2026 [12:42]
ABŞ onlara viza vermədi
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Çindən Özilə qarşı şok qadağalar

Baxılıb: 695     Tarix: 17-12-2019 11:22   

Çində Londonun “Arsenal” klubunun futbolçusu Mesut Özillə bağlı inanılmaz qadağalar tətbiq edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.
Artıq sosial şəbəkələrdə türk əsilli alman futbolçunun səhifələri qapadılıb, internet axtarış xidmətlərinə Özil ilə bağlı sorğuları cavablandırmaq qadağan edilib, futbolçunun fan-klubunun fəaliyyəti də bloklanıb.
Xatırladaq ki, buna səbəb Özilin bir neçə gün öncə Çinin Sintszyan-Uyğur muxtar vilayətində uyğur türklərinə təzyiq göstərilməsi barəsində paylaşımı olub. Özil Şərqi Türküstanda insanlara zülm edilməsi, Quranın yandırılması, məscidlərin bağlanması, uyğur din adamlarının qətlə yetirilməsi, ümumilikdə Çinin uyğur türklərini assimilyasiya etməyə çalışmasını qeyd edib.Bunun ardınca Çinin CCTV dövlət telekanalı İngiltərə Premyer Liqasında “Arsenal” – “Mançester Siti” matçının yayımını ləğv etmişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar