Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mesut Ozil 219 yoxsul uşağın əməliyyatını üzərinə götürüb - FOTO

Baxılıb: 672     Tarix: 25-12-2019 08:57   

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Ozil özünün bütün dünyada ehtiyac içində olan uşaqların əməliyyat edilməsi üçün xeyriyyəçilik fondlarına ianələrindən danışıb.
"Report" xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə özünün "İnstagram"dakı səhifəsində bildirib.
"Artıq 219 əməliyyat edilib, amma irəlidə edilməli olan daha çox şey var! Mən arvadımla 2019-cu ilin iyununda, toyumuzdan əvvəl elan etdik ki, bütün dünyada əməliyyata ehtiyacı olan daha 1000 uşağın xərcələrini üzərimizə götürəcəyik.
Toyun bu layihəyə ianə ayıran hər bir qonağı, azarkeşi və fanatları, xüsusən layihədə iştirak edən beynəlxalq tibbi briqadaları sağ olsun.
Bu yalnız başlanğıcdır! Gəlin qarşıdakı 2020-ci ilə baxaq və ehtiyac içində olan yüzlərlə digər uşaqlara birlikdə kömək edək", - deyə Ozil yazıb.
O, sosial şəbəkədə mövzu ilə bağlı fotosunu da paylaşıb.

шаблоны для dle 11.2