Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

71 yaşlı məşqçi koronavirusa qalib gəldi

Baxılıb: 931     Tarix: 04-04-2020 13:21   

 

Polşanın qılıncoynatma üzrə baş məşqçisi Stanislav Şimanski koronavirusa qalib gəlib.

Qanunvehedef.az xəbər verir ki, avqustda 72 yaşını qeyd edəcək polşalı məşqçi Qdanskda müalicə olunduğu hərbi-dəniz hospitalından evə buraxılıb.
Qeyd edək ki, Stanislav Şimanski və komandası ABŞ-ın Anahaym şəhərində keçirilməli olan Olimpiya təsnifat turniri üçün martın 10-da okeanın o biri tayına yola düşmüşdü. Lakin iki gün sonra Polşa İdman Nazirliyinin sərhədlərin bağlanacağı barədə xəbərdarlığını aldıqdan sonra komanda geri qayıtmışdı.
Martın 16-da Şimanski qızdırma və təngnəfəslik simptomları ilə üzləşmiş, martın 21-də onun verdiyi koronavirus testinin nəticəsi müsbət çıxmışdı. 



{sape_links}{sape_article}