Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanlı həkim həbs edildi

Baxılıb: 893     Tarix: 05-10-2026 14:09   

Təhlükəsizlik məmurları urmiyalı xanım həkim Bayan Salehianı həbs edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, sosial mediada hökumətə qarşı tənqidi çıxış etdikdən sonra məmurlar onun mənzilinə hücum edib və axtarış aparıblar.

Sentyabrın 27-də saxlanılan Bayan Salehian bir neçə gün dindirildikdən sonra Urmiya həbsxanasına köçürülüb.

Ona qarşı irəli sürülən ittihamlar haqqında məlumat verilmir.

Qeyd edək ki, urmiyalı həkim bundan əvvəl də tənqidi paylaşım və çıxışlarına görə həbs edilib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar