Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Millimizin güləşçisi: “Sinif yoldaşımda virus tapılmışdı”

Baxılıb: 883     Tarix: 04-04-2020 13:30   

“Dostumun toyuna görə İrana getməli idim. Çoxdandır ki, Güneyə getmirəm. Koronavirusa görə sərhədlər bağlandı, toy da təxirə salındı. Yoxsa istəyirdim ki, gedib 10 günə yaxın orada qalım”.
Bunu çimərlik güləşi üzrə millimizin üzvü Oyan Nəzəriani deyib.
Urmiya doğumlu idmançımız daha çox Bakıda evdə qaldığını söyləyib:
“Mübarizəni hamı kimi evdə qalmaqla aparıram. Arabir marketə gedəndə maska taxıram. Adi həyatımıza qayıtmaq istəyirəm. Ümid edirəm ki, bu bəla tezliklə dünyadan gedəcək”.
O daha sonra yaxınları barədə danışıb:
“Şükür Allaha ki, Güneydə yaxınlarımdan heç kim virusa yoluxmayıb. Amma İstanbulda təhsil alan sinif yoldaşım Əmir Sadiqdə virus tapılmışdı. O da üç həftəyə bu virusa qalib gəldi”.


 Qanunvehedef.az





{sape_links}{sape_article}