Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

UEFA prezidenti FIFA-nı tənqid etdi 5 Aprel, 2020 13:28 0

Baxılıb: 923     Tarix: 05-04-2020 13:59   

UEFA prezidenti Aleksander Çeferin FIFA-nı tənqid edib.
"Report"un məlumatına görə, sloveniyalı funksioner ZDF-ə müsahibəsində ali futbol qurumunun koronavirus böhranı dövründə milli assosiasiya, klublar və oyunçulara maliyyə dəstəyinə dair yanaşmasından narazılıq ifadə edib.
"FIFA Fövqəladə Fond vasitəsilə təcili ehtiyacı olanlara yardım edəcəyini bildirib. Bəs bunu kim müəyyənləşdirəcək? Biz ali futbol qurumunun kimə nə qədər verəcəyini həll edə bilməsi üçün bununla razılaşmalıyıq. Mənim fikrimcə, bu, bir qədər qəribədir" deyə Çeferin vurğulayıb.
Onun sözlərinə görə, pulların hara getdiyini heç kim nəzarətdə saxlaya bilməz: "Bu, sərt qaydalar tələb edir. Siz FIFA-ya sadəcə deyə bilməzsiniz ki, pullar hara gedir".
Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino bir neçə gün əvvəl konkret məbləğ açıqlamadan milli assosiasiya, klublar və oyunçulara maliyyə dəstəyi göstəriləcəyini bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar