Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Rusiya və Qətər dünya çempionatlarını rüşvətlə alıb" - ABŞ-ın Ədliyyə Nazirliyi

Baxılıb: 808     Tarix: 07-04-2020 11:41   

ABŞ-ın Ədliyyə Nazirliyi Nyu-Yorkdakı məhkəməyə verdiyi geniş iddianamədə FIFA-ya çoxsaylı ittihamlar ittiham irəli sürüb.
“Report”un nazirliyin saytına istinadən verdiyi məlumata görə, iddianamədə Rusiya ilə Qətərin müvafiq olaraq 2018 və 2022-ci il dünya çempionatını keçirmək üçün səs verilərkən FIFA rəsmilərini rüşvətlə aldıqları vurğulanıb.
FIFA-nın sabiq vitse-prezidenti Cek Uornerin Rusiyadan 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Qurumun İcraiyyə Komitəsinin üzvü Rafael Salqeronun isə 1 milyon dollar qarşılığında Rusiyaya səs verdiyi irəli sürülüb.
Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FIFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leoz da səsvermədə rüşvət alıb.
Qeyd edək ki, 2018-ci il mundialında Fransa millisi qızıl medal qazanıb. Qətərdəki DÇ-2022 isə ilk dəfə yayda yox, noyabr-dekabr aylarında keçiriləcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar