Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sloveniyanın baş naziri UEFA prezidentini tənqid edib

Baxılıb: 784     Tarix: 12-04-2020 08:24   

Sloveniyanın baş naziri Yanez Yanşa UEFA prezidenti Aleksandr Çeferinə sərt formada cavab verib.
"Report"un məlumatına görə, Yanşa həmyerlisi olan Avropa futbol qurumunu pula hərislikdə ittihat edib.
Daha əvvəl Çeferin müxtəlif ölkələrdə hökumətlərin koronavirus pandemiyası ilə mübarizədə lazımınca tədbirlər görmədiyini bildirib. Sloveniyalı baş nazir isə məhz İtaliya ilə İspaniyadakı konsert və futbol matçları üzündən virusun Avropaya sürətlə yayıldığını açıqlayıb: "Bunun nəticəsidir ki, onlarla insan ölür və öləcək. Bir sıra konsert və oyunlar pula hərislik üzündən ləğv olunmadı. Bu, hətta Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdikdən sonra da səngimədi".
Yanşa İspaniyada "Valensiya" və İtaliya "Atalanta"sı arasında martın 11-də keçirilmiş Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununu bioloji bomba adlandırıb: "Xəbərdarlıqlar kifayət etmədi ki, UEFA yarışları dayandırsın. Onlar yalnız pulun qayğısına qalırlar".
Qeyd edək ki, "Atalanta" "Valensiya"nı səfərdə 4:3, evdə isə 4:1 hesabı ilə yenərək, 1/4 finala yüksəlib.шаблоны для dle 11.2