Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Premyer Liqasının bərpası qeyri-müəyyən müddətədək uzadıldı

Baxılıb: 771     Tarix: 14-04-2020 10:43   

Futbol üzrə Azərbaycan Premyer Liqasının bərpası ən azı karantin dövrü bitənədək uzadılıb.
Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.
O, çempionatla bağlı məsələdə Nazirlər Kobinetinin qərarına uyğun hərəkət edəcəklərni bildirib: “Hazırda hər yer bağlıdır. Karantin müddəti hələlik aprelin 20-dək nəzərdə tutulub. Son qərara uyğun hərəkət edəcəyik. Xüsusi karantin rejiminin müddəti artırılsa, çempionatın bərpası yubanacaq".
Şahgəldiyev klublara vaxt barədə heç bir məlumat verə bilmədiklərini vurğulayıb: "Aprelin 20-də karantinin bitib-bitməyəcəyindən məlumatımız yoxdur. Nazirlər Kabinetinin yeni qərarı nə olacaqsa, ona uyğun addım atılacaq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasındakı fasilənin müddəti bu gün bitməli idi

Qanunvehedef.azшаблоны для dle 11.2