Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu gün UEFA İcraiyyə Komitəsi mühüm qərarlar verəcək

Baxılıb: 933     Tarix: 23-04-2020 09:27   

Bu gün UEFA İcraiyyə Komitəsinin iclası olacaq.
"Report"un məlumatına görə, videokonfrans formatında toplantıda həm daxili yarışlar, həm də avrokuboklarla bağlı məsələlərə baxılacaq.
Aprelin 21-də quruma üzv olan 55 assosiasiya ilə videokonfrans keçirilib.
Burada həm milli komandaların, həm də klub yarışlarının oyunlarını əhatə edən müxtəlif təqvim variantları təklif olunub.
Növbəti dəfə assosiasiyalara əsas çempionatları və kubok yarışlarını tamamlamaq ciddi şəkildə tövsiyə edilib. Həmçinin klubların avrokuboklarda iştirakı üçün yeni təlimatlar hazırlanandan sonra istisna hallarda liqaların ləğvi ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilib.
UEFA yekun qərarları İcraiyyə Komitəsinin iclasından sonra açıqlayacağını vurğulayıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus istisna olmaqla, bütün ölkələrin çempionatları dayandırılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar