Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Qəbələ" 3 futbolçusuna yeni müqavilə təklif edəcək

Baxılıb: 862     Tarix: 29-04-2020 13:26   

"Qəbələ" müqavilə müddəti mövsümün sonuna qədər olan əcnəbi futbolçuları ilə bağlı qərarını verib.
Qanunvehedef.az məlumatına görə, söhbət müdafiəçi İvitsa Juniç və yarımmüdafiəçilər Fernan Lopeslə Merab Qiqauridən gedir.
"Qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev əməkdaşımızla söhbətində hər üç oyunçunu gələn mövsüm də ixtiyarında görmək istədiyini açıqlayıb. O, bununla bağlı futbolçularla danışıq aparılacağını bildirib: "Lopes, Qiqauri və Juniçin gələn mövsüm də "Qəbələ"də qalmasını istəyirəm. Onlar bizim aparıcı futbolçularımızdır. Yeni müqavilə bağlamaları yalnız xeyrimizə olar. Mövsümün sonunda onlara öz şərtlərimizi təklif edəcəyik. Razılaşsalar, məmnuniyyətlə komandada saxlayacağıq".
Juniçlə həmçinin "Sabah" və "Zirə" klubları da maraqlanırlar. Baxşıyev bunu normal qarşılayır. Ancaq o, xorvatiyalı mərkəz müdafiəçisinin qalmasını arzulayır: "Başqa komandalardan təklifin olması normaldır. Hər halda sərgilədiyi oyunla diqqəti çəkə bilib. Amma biz də onun qalmasını istəyirik. Hər şey danışıqların nəticəsindən asılı olacaq".
Qeyd edək ki, hər üç futbolçu "Qəbələ"yə mövsümün əvvəlində keçib.шаблоны для dle 11.2