Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Qarabağ"ın yeni transferi ulduz futbolçularla eyni sırada

Baxılıb: 1 303     Tarix: 05-08-2020 13:31   

UEFA 2019/2020 mövsümündə avrokubokların qalan bölümünün bərpası ərəfəsində qrup mərhələsində ən çox məhsuldar ötürmə verən futbolçuların adlarını açıqlayıb.
"Report"un məlumatına görə, siyahıda "Qarabağ"ın yeni transferi Uroş Matiç də var.
Kipr APOEL-i ilə müqaviləsi başa çatdıqdan sonra Ağdam təmsilçisinə keçən serbiyalı yarımmüdafiəçinin aktivində 4 qol ötürməsi var.
30 yaşlı oyunçu bu göstərici ilə İngiltərə "Mançester Yunayted"indən Brunu Fernandeş, "Mançester Siti"dən Riyad Mahrez, Fransa PSJ-sindən Kilian Mbappe və Anxel Di Mariya, Almaniya "Bavariya"sından Koranten Tolisso və "Liverpul"dan Roberto Firmino ilə birlikdə 3-cü pilləni bölüşdürür.
Siyahıya 6 məhsuldar ötürmə ilə Portuqaliya "Braqa"sından Qaleno başçılıq edir. İkinci sırada Niderland "Ayaks"ını İngiltərənin "Çelsi" klubuna dəyişən Hakim Ziyeş (5 məhsuldar ötürmə) qərarlaşıb.
Koronavirus pandemiyası səbəbindən təxirə salınmış avrokuboklarda 2019/2020 mövsümü bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçları ilə bərpa olunacaq.
Qeyd edək ki, Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar