Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Neftçi"ylə uğurlu startın davamı və Azərbaycan üçün gələn yubiley qələbəsi

Baxılıb: 1 153     Tarix: 28-08-2020 13:08   

"Neftçi" avrokuboklarda ardıcıl 3-cü mövsüm qələbəylə başlayıb. Qanunvehedef.az Sport24.az istinadən xəbər verir ki, bunların hər 3-ü Avropa Liqasının ilk təsnifat mərhələsində olub.
 
"Ağ-qaralar" 2018/19-də  Bakıda"Dalğa Arena"da "Uypeşt"i (Macarıstan) 3:1, sonrakında Kişinyovda "Zimbru" stadionunda "Sperantsa"nı (Moldova) 3:0 hesabıyla məğlub edib. Son qələbə isə doğma "Bakcell Arena"da "Şkupi" üzərində 2:1 hesabıyla qeydə alınıb. İndi yeni qaydaya görə, duel bir matçla müəyyənləşdiyindən, cavab matçı keçirilməyəcək və "Neftçi" cütün qalibi oldu.
 
Ümumiyyətlə, "ağ-qaralar"ın 2014/15 mövsümündən bu yana avrokuboklarda debüt matçı məğlubiyyətsiz olur. Son dəfə startda yenilgi 6 il əvvəl Sloveniya "Koper"indən "Bakcell Arena"da 1:2 hesabıyla alınıb. Yeri gəlmişkən, "Neftçi"nin 2013-cü ildə doğma stadionu olan bu məkanda uzun müddət avrokuboklarda qələbə həsrətinə qalmışdı, əksər hallarda uduzurdu. Ancaq ardıcıl 2-ci mövsümdü məğlubiyyət olmayaraq 3 matçdan 2-də qələbə qazanıb.
 
“Neftçi" son qələbəsiylə ölkəmizin Avropa Liqasında 26 illik tarixində yubiley qələbəsiylə töhvə verib. Belə ki, bu, Azərban klublarının qitənin ikinci dərəcəli turnirdə 70-ci qalibiyyətidi. Məlumdu ki, ölkəmizin avrokuboklarda debütü məhz bu yarışda - 1994-cü ildə olub. Sadəcə, onda turnir UEFA Kuboku adlanırdı, 2009-cu ildən Avropa Liqasına çevrildi. Təmsilçilərimiz indiyədək bu yarışda 238 matç keçirərək 69 dəfə meydandan qalib ayrılmışdı. Dünən keçirilən 3 oyunda qələbə yalnız "Neftçi"dən gəldi və bununla da say 70-ə çatdı. Klublarımızın digər nəticələri 56 heç-heçədən və 115 məğlubiyyətdən ibarətdi
 
Qeyd edək ki, Azərbaycan klublarının avrokuboklarda ilk qələbəsini də “Neftçi” qazanıb. Bakılılar 1996-cı ildə UEFA Kubokunda Sofiya “Lokomotiv”ini 2:1 hesabı ilə yenib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar