Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Təbrik edirik, ancaq lovğalanmırıq - Kipri ​​necə məğlub etdik

Baxılıb: 589     Tarix: 09-09-2020 14:14   

Kiçik xoşbəxtlik. Azərbaycan millisi qələbə qazandı. Buna səfərdə nail oldu. Özü də hansısa "cırtdan" yox, Kipr üzərində.
 
UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Lüksemburqa qarşı iradəsiz oyun bir çox suallar gətirdi. Dərhal pulun hesabması, Premyer Liqa klublarının sayı, heyətin müzakirəsi başladı ... ümumiyyətlə, hər şey adət etdiyimiz kimi. Xoşbəxtlikdən bu dəfə rəqib Kipr idi, onlarla yumşaq desək, elə də dost munasibətdə deyilik və bu səbəbdən “qəsdən uduzan rəqib” deyilə bilməz ...
 
Bəs, eləsə 3 gündə nə baş verdi? Sirr deyil ki, dəyişikliklər çox idi - istər düzülüşdə, istər start heyətində, istərsə də oyuna təlimatda.
 
Və Diniyev min dəfə haqlı idi ...
Kiprlə matçdan bir gün əvvəl Şahin Dinievə şərh verməyi üçün müraciət etdik ki, o da saytımıza verdiyi müsahibədə Lüksemburqa məğlubiyyətin əsas səbəbini komandamızın baş məşqçisinin məlumatsızlığı ilə əlaqələndirdi: “Hesab edirəm ki, de Byazinin U-21 yığmamızla yoxlama oyunu keçirməsi lazım idi. Bu vəziyyətdə bütün qüsurları görərdi. Əminəm ki, Kiprə qarşı tamamilə fərqli bir yığma görəcəyik".
 
Diniyev sanki suya baxdı. Təcrübəli mütəxəssis əvvəldən ehtimal etdi ki, italiyalı həmkarı 5 yarımmüdafiəçi ilə oynamağa üstünlük verəcək, heyətdə düzəlişlər edəcək və oyunçularımızın ifasında daha düşünülmüş bir futbol görəcəyik.
 
Yadplanetlilər
De Byazinin start heyəti tam təəccüblü deyildi, lakin Lüksemburqa qarşı meydana daxil olan heyətdən çox fərqli idi. Xüsusilə Rəhim Sadıxov və Abbas Hüseynovun oyununu qeyd etmək istərdik. "Sumqayıt"ın futbolçusu millinin oyununu ağılla idarə edirdi ki, bu da bizim komandanın ümumilikdə üstünlüyünü müəyyənləşdirdi. “Qarabağ”ın futbolçusuna gəlincə, o, sözün əsl mənasında cinahını sürüyürdü və hər cür tərifi haqq etdi.
 
Diqqəti cəlb edən ikinci məqam oyunun ilk dəqiqələrindən tətbiq olunan pressinqdi. Ya meydan sahibləri de Byazinin yetirmələri tərəfindən bu cür çevikliyi gözləmirdilər, ya da doğma divarlar arasında boş tribunalarla oynanan oyun onları bu qədər şoka saldı. Amma bu və ya digər halda futbolçularımızın içinə sanki yadplanentlilər girmişdi və milli formasının şərəfi uğrunda mübarizə aparmağa qərar vermişdilər.
 
Maksim Medvedevin vurduğu qol təsadüfi deyildi.  Bu, düşünülmüş kombinasiyalardan və rəqibini meydanın öz hissəsinə sıxışdırmaqla səhvlərə məcbur etməsi sayəsində topu ələ keçirilmələrdən sonra qazanılan çoxsaylı  fürsətlərdən birindən istifadə edilməsinin nəticəsi idi.
 
Fasilədən sonra de Byazi "dəmir beton oyun"a üstünlük verdi. Axı, o, əsl italiyalıdı. Ancaq məsələ yalnız 64 yaşlı mütəxəssisin milliyətində deyil. Yüksək presssinq oyunu çox enerji tələb edir. Fiziki cəhətdən ən dözümlü komandalar belə matç boyu bu modelə əməl edə bilmirlər. Burada isə söhbət heç vaxt yüksək funksional hazırlığı ilə seçilməyən milli komandamızdan gedir. Hansı cəmi 3 gün əvvəl LiksemburqlasLiksemburqla oynamışdı.
 
 
Desert üçün
Əlbəttə, qələbə həmişə xoşdu. Hər qələbə nikbinlik gətirir. Ancaq milli komandaya qarşı realist və tələbkar olmalısan. Hansısa məqsədlərə çatmaq üçün hər növbəti oyuna final matçı kimi çıxmalı, baş məşqçinin tələblərinə ciddi əməl etməli və hər dəfə karyeranda ən yaxşı oyununu nümayiş etdirməlisən. Məhz bu şəkildə qələbə qazana bilərsən, hərəkət etməlisən. Hələliksə... Qrup lideriylə matçı gözləyirik. De Byazi & CO Monteneqroya qarşı bir möcüzə yaratmağı bacarsa, yeni bir səhifənin başlanğıcı haqqında danışmağa başlamaq mümkün olacaq. Oktyabr ayını gözləyirik.
 
Qanunvehedef.azшаблоны для dle 11.2