Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Avropa Liqasında 1/16 final cütlükləri müəyyənləşir

Baxılıb: 588     Tarix: 14-12-2020 11:55   

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq. Qanunvehedef.az Sport24.az istnadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatmada qruplarında ilk 2 sıranı tutmuş 24 komanda ilə yanaşı, Çempionlar Liqasından (ÇL) gəlmiş 8 klub iştirak edəcək. Artıq onlar iki səbətə bölünüblər. Qrup qalibləri və ÇL-də mübarizəni dayandırmış kollektivlərdən 4-ü səpələnmişlər, digərləri isə səpələnməmişlər səbətində yer alıblar. Azərbaycan çempionu "Qarabağ"ın mübarizə apardığı I qrupundan İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi" (Təl-Əviv) klubları pley-offa vəsiqə qazanıblar.
 
Bu mərhələdə Avropa Liqasında eyni qrupdan çıxmış komandalar, həmçinin eyni ölkə təmsilçiləri rəqib ola bilməzlər. Bundan əlavə, siyasi vəziyyətlə bağlı Rusiya və Ukrayna klubları üz-üzə gəlməyəcəklər.
 
Səpələnmişlər
"Milan" (İtaliya)
"Arsenal" (İngiltərə)
"Ayaks" (Niderland)
"Brügge" (Belçika)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Hoffenhaym" (Almaniya)
"Lester" (İngiltərə)
"Bayer" (Almaniya)
"Mançester Yuneyted" (İngiltərə)
"Napoli" (İtaliya)
PSV (Niderland)
"Reyncers" (Şotlandiya)
"Roma" (İtaliya)
"Şaxtyor" (Donetsk, Ukrayna)
"Tottenhem" (İngiltərə)
"Vilyarreal" (İspaniya)
Səpələnməmişlər
"Antverpen" (Belçika)
"Benfika" (Portuqaliya)
"Braqa" (Portuqaliya)
"Srvena Zvezda" (Serbiya)
"Dinamo" (Kiyev, Ukrayna)
"Qranada" (İspaniya)
"Krasnodar" (Rusiya)
"Lill" (Fransa)
"Makkabi" (Təl-Əviv, İsrail)
"Molde" (Norveç)
"Olimpiakos" (Yunanıstan)
"Real Sosyedad" (İspaniya)
"Zaltsburq" (Avstriya)
"Slaviya" (Praqa, Çexiya)
"Volfsberq" (Avstriya)
"Yanq Boyz" (İsveçrə)
Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin 1/8 final mərhələsinin püşkü fevralın 26-da atılacaq.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar