Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Qarabağ"ın rəqibi 7 oyunluq həsrətə son qoydu

Baxılıb: 753     Tarix: 22-12-2020 13:37   

Dekabrın 21-də futbol üzrə Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən sonuncu görüşdə "Sivasspor" səfərdə "Konyaspor"un qonağı olub.
Qanunvehedef.az xəbər verir ki, 7 turdur qələbəyə həsrət qalan Sivas təmsilçisi rəqibini minimal hesablı qələbə ilə məğlub edib - 0:1.
Günün digər matçında "Antalyaspor" doğma meydanda "Kayserispor" komandasını iki cavabsız qolla üstələyib.
Hazırda çempionatın turnir cədvəlinə 26 xalla "Alanyaspor" başçılıq edir. Çempionatda 23 xal toplayan "Qalatasaray" və "Fənərbağça" klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. 13-cü turda "Başakşəhər" istirahət edib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar