Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Tokio-2020: İdmançılarımızın rəqibləri məlum oldu

Baxılıb: 521     Tarix: 23-07-2021 10:56   

Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb.
Qanunvehedef.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.
İyulun 24-də Tayfur Əliyev (57 kq) onaltıdabir finalda Nquyen Van Duonq (Vyetnam), Lorenzo Sotomayor (69 kq) Əsgərxan Madiyev (Gürcüstan), Məhəmməd Abdullayev (+91 kq) Denis Latıpov (Bəhreyn) ilə qarşılaşacaqlar. İyulun 25-də Cavid Çələbiyev (63 kq) Ukrayna təmsilçisi Yaroslav Hartsiz ilə üz-üzə gələcək.
Mübarizəyə səkkizdəbir finaldan başlayacaq Alfonso Dominqesin (81 kq) rəqibi Emmett Brennan (İrlandiya) - Dilşodbek Ruzmetov (Özbəkistan) qarşılaşmasının qalibi olacaq. Təmsilçimiz ilk görüşünü iyulun 28-də keçirəcək.
Qeyd edək ki, Olimpiadanın boks yarışları iyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar