Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Olimpiya oyunlarına yeni idman növü daxil edilə bilər

Baxılıb: 328     Tarix: 10-08-2021 13:29   

Avstraliya Netbol Federasiyası bu idman növünün Olimpiya Oyunlarının proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib.
Bu barədə "ABC News" məlumat yayıb.
"Netbolu dünyanın 80-dən çox ölkəsində 20 milyondan çox insan oynayır. Bu oyun Olimpiadada təmsil olunmağa layiqdir", - deyə Avstraliya Netbol Federasiyasının baş direktoru Kelli Rayan vurğulayıb.
Qeyd edək ki, netbol basketbola bənzər idman növüdür.
İdmanın bu növündə topu əldə edən idmançıya hərəkət etmək qadağandır və hər idmançı topu səbətə ata bilməz.
Netbol Avstraliyada ən populyar idman növüdür./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar