Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Konfrans Liqası: "Neftçi" və "Qarabağ"ın növbəti rəqibləri müəyyənləşib

Baxılıb: 382     Tarix: 13-08-2021 14:09   

Azərbyacanı avrokuboklarda təmsil edən "Neftçi" və "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Bu, III təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub.
Avropa Liqasında mübarizəni dayandıran "Neftçi" Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin "Makkabi" (Hayfa) komandasını üstələməyi bacarmalıdır. "Makkabi" evdə 7:2 hesabı ilə məğlubiyyətə uğratdığı "Torshavn"a Farer adalarında minimal hesabla yenilərək, mərhələ adlayıb.
"Qarabağ" isə Şotlandiya "Aberdin"i ilə üz-üzə gələcək. "Aberdin" İslandiyada 3:2 hesabı ilə yendiyi "Breydablik"ə öz meydanında da qalib gəlib - 2:1.
Qeyd edək ki, "Qarabağ" və "Neftçi" ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların tarixində dəyişikliyin ediləcəyi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar