Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ÇL: "Barsa" darmadağın oldu, "Çelsi"dən çətin qələbə

Baxılıb: 431     Tarix: 15-09-2021 09:10   

Sentyabrın 14-də futbol üzrə 2021-2022-ci il mövsümünün qrup mərhələsinin ilk iki oyununa start verilib.
Qanunvehedef.az xəbər verir ki, İspaniyada "Sevilya" Avstriyanın "Zaltsburq" klubu ilə heç-heçə edib - 1:1.
İsveçrənin "Yanq Boyz" və İngiltərənin "Mançester Yunayted" komandası arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.
Hesabı 13-cü dəqiqədə Kristiano Ronaldo açıb. Matçın 35-ci dəqiqəsində Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. Oyunun 90+5-ci dəqiqəsində Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.
***
UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun birinci oyun gününə yekun vurulub.
Günün nəticələri aşağıdakı kimidir:
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3
"Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:0
"Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) - 2:2
"Lill" (Fransa) - "Volfsburq" (Almaniya) - 0:0
"Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) - 1:0
"Malmö" (İsveç) - "Yuventus" (İtaliya) - 0:3шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər