Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Sərbəst güləş üzrə millimizin DÇ üçün heyəti bəlli oldu

Baxılıb: 617     Tarix: 07-09-2022 13:02   

Sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək. 
Qanunvehedef.az xəbər verir ki, mundialın son günlərində sərbəst güləş üzrə millimiz mübarizəyə qoşulacaq. 
Bu gün Olimpiya Güləş Mərkəzində yığma komandanın üzvləriylə görüş keçirilib.
Dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədov (125 kq) ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, sentyabrın 14-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Coşqun, Əşrəf, Abubakr və Aydın yarışa start verəcək. Ayın 16-da Əliabbas, Turan və Osman, ayın 17-də isə İslam, Hacı və Maqomedxan xalça üzərinə çıxacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar