Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan derbisində rekord

Baxılıb: 438     Tarix: 03-10-2022 10:48   

“Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisində rekord qeydə alınıb.
Qanunvehedef.az xəbər verir ki, ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib.
Bu, Misli Premyer Liqasının VIII turunda rəsmiləşib. 3:1 hesablı qələbə qazanan “Qarabağ” ardıcıl 5-ci dəfə “Neftçi”ni xalsız qoyub.
Qurban Qurbanovun yetirmələri ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. “Ağ-qaralar” sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xal əldə edib.
1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. “Qarabağ” 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirib. 2015/16 mövsümünün son iki duelində 2:0 və 2:1 hesabı ilə qələbə qazanan ağdamlılar seriyasını növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.
Qeyd edək ki, “Qarabağ”la “Neftçi” ölkə çempionatlarında 88 dəfə qarşılaşıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar